Məşhur mağazalar şəbəkəsinin rəhbərinin intihar etdiyi açıqlanıb - RƏSMİ

© Sputnik / STRBakı şəhər Prokurorluğu
Bakı şəhər Prokurorluğu - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumat verən şəxs deyib ki, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib

BAKI, 24 sentyabr — Sputnik. Sentyabrın 14-də vəfat etmiş "İrşad Electronics" MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "BAKU.WS" yayıb.  

Market əməkdaşı, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda telekanal və məşhur mağazalar şəbəkəsinin əməkdaşları arasında qalmaqal

Sayt qeyd edir ki, İrad Hacıyevin intihar etməsi ilə bağlı məlumatı onlara mərhumun yaxınlarından biri verib. Məlumat verən şəxs deyib ki, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.

Hadisə ilə əlaqədar Bakı Şəhər Prokurorluğundan (BŞP) da məlumat alınıb. Saytın iddiasına görə, BŞP-dən intihar faktı təsdiqlənib, bildirilib ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib.

"İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir", — deyə məlumatda qeyd olunub.

Xəbər lenti
0