BAKI, 23 sentyabr —Sputnik. Bu gün İran prezidenti Həsən Ruhani BMT-nin 25-ci sessiyasında iştirak etmək üçün Nyu York şəhərinə yola düşüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Ruhani hava limanında jurnalistlərə açıqlama verərək deyib ki, Əhvazda törədilən terror aksiyasına görə İranın cavabı çox ağır olacaq.
İran prezidenti qeyd edib ki, günahsiz insanların qətlə yetirilməsi insanlığa sığışmayan hərəkətdir. İran xalqı bu kimi terror aksiyasına görə qorxuya düşməyəcək və düşmənə layiqli cavab verəcək.
Ruhani ölkəsinin ABŞ-ın sanksiyalarının öhdəsindən gələcəyini də deyib. "Bu terror aksiyasını törədənlər peşman olacaqlar" — deyə o, əlavə edib.
İran prezidenti Nyu Yorkda "Nüvə proqramı" ilə əlaqədar imzalanmış müqaviləni müzakirə edəcək və bir sıra dövlət başçıları ilə görüşəcək. Görüşlərdə regional və qlobal xarakterli siyasi məsələlər müzakirə ediləcək.