BAKI, 23 sentyabr — Sputnik. Səhər saatlarından başlayaraq Bakıya yağan güclü yağış bəzi fəsadlar törədib.
Sputnik Azərbaycan xəbər verir ki, leysan yağış paytaxtın bəzi küçələrini və yollarını su altında qoyub. Bu barədə şəkillər və videolar sosial şəbəklərdə paylaşılır.
Yağış xüsusən paytaxtın mərkəzi küçələrində (Nizami, Füzuli) ciddi problemlərə səbəb olub.
Yolları su basması maşınların hərəkətini çətinləşdirib. Həmçinin küçələr və yeraltı keçidlər piyadalar üçün də keçilməz olub.