Tramp evini qasırğa dağıdan adamla məzələndi: “Qazanmısınız”

© REUTERS / Kevin LamarqueABŞ prezidenti Donald Tramp Florence qasırğasından zərər çəkən amerikalıları ziyarət edib
ABŞ prezidenti Donald Tramp Florence qasırğasından zərər çəkən amerikalıları ziyarət edib - Sputnik Azərbaycan
Abunə olmaq
Florence qasırğası ABŞ-da Şimali və Cənubi Karolina ştatlarında bu günə qədər 37 nəfərin ölümünə səbəb olub

BAKI, 22 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Florence qasırğasından zərər çəkən amerikalıları ziyarət edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp fəlakət bölgəsində görüşü zamanı evinin həyətinə yaxta girmiş ailə ilə zarafat da edib. O deyib ki, bu işdən gözəl yaxta qazanmısınız: "Bu sizin yaxtanızmı? Yoxsa təsadüfən sizin olub? Qanun buna nə deyir? Bəlkə də bu iş sizə bir yaxta qazandırıb".

Qeyd edək ki, Florence qasırğası ABŞ-da Şimali və Cənubi Karolina ştatlarında bu günə qədər 37 nəfərin ölümünə səbəb olub.

Kilsələrdə yemək paylayıb, dağılmış evlər arasında gəzən Tramp fəlakət zamanı zərər çəkənlərlə qucaqlaşıb görüşüb.

"Amerika sizinlə birlikdə yas tutur. Sizinlə birlikdə bizim də qəlbimiz qırılıb. Sizin itirdiklərinizi əsla unutmayacaq, sizi heç vaxt tərk etməyəcəyik. Sona qədər sizinləyik" – deyə o bildirib.

Xəbər lenti
0