“Həyat” İctimai Birliyinin sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, sağlamlıq turizmi Azərbaycan vətəndaşları üçün maraqlı və əhəmiyyət kəsb edən sahə hesab olunur:
“Bu ilin 6 ayı ərzində Azərbaycandan Gürcüstana 800 minə yaxın vətəndaşımız gedib. Həmin insanların da müəyyən qismi məhz Gürcüstanın sağlamlıq yerlərinə səfər edib. Bu qonşu ölkədə sağlamlıq turizminə xüsusi diqqət yetirildiyini göstərir. Sağlamlıq turizminin ölkəmizdə inkişaf etdirilməsi üçün potensialımız var. Bu sahənin inkişaf etdirilməsi ilə ölkəmizə gələn turistlərin sayında kəskin artım müşahidə edə bilərik. Təbii ki, bu imkanlar tək xarici turistlər yox, daxili resurslarımız üçün də nəzərdə tutulmalıdır”.
Ekspertin geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz.