BAKI, 22 sentyabr – Sputnik. Məşhur fitnes-blogger və üç uşaq anası Anna Strode uşaqların ana südü ilə qidalanmasına dair populyar mifi alt-üst edib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, bu barədə özünün Instagram səhifəsində yazıb.
Bloggerin yazdığına görə, uşağa qayğı ilə bağlı çoxlu kitablar oxuyub. O kitablarda yazılır ki, körpələri yatmazdan qabaq əmizdirmək olmaz. Gənc analar üçün kitabların müəllifləri bu praktikanın yuxu prosesinə pis təsir etdiyini, uşağın yuxusunu pozduğunu bildirirlər. Lakin Strode bu fikirlə razılaşmadığını, onun hətta cəfəng olduğunu qeyd edib.
“Uşağın yatmazdan qabaq əmizdirilməsi 100 faiz normal prosesdir. Bu, heç də o demək deyil ki, uşaq ana südü içəndən sonra yuxusu pozulacaq və o yata bilməyəcək” – deyə fitnes-blogger bildirib.
Strodenin sözlərinə görə, o, öz uşaqlarını müxtəlif cür əmizdirib. Onun iki oğlu – Laşi və Semmi kitabda yazılan qaydalar əsasında qidalandırılıb. Lakin qızı Madi hətta yuxuda olanda da ana südü əmib. Gənc ana o qənaətə gəlib ki, uşağın yatmazdan yarım saat əvvəl yedizdirilməsinin heç bir mənası yoxdur. Əksinə, uşaqlar süd əmərkən daha rahat yatırlar.
“Madi yatarkən süd əmirdi və adətən yuxuya da süd əmərkən gedirdi. O, yatmazdan xeyli qabaq süd əmən qardaşlarından daha yaxşı yatırdı. Bu, artıq sınaqdan çıxmış üsuldur. Körpələrin yatmazdan qabaq süd əmməsi onların yuxu nizamını əsla pozmur, əksinə, yuxuya daha yaxşı kömək edir” – Strode bildirib.
Fitnes müəllimi gənc analara tövsiyə edib ki, kitabları boş versinlər və öz analıq instinktlərinə güvənsinlər.