BAKI, 20 sentyabr — Sputnik. Mobil telefonların beyinə zərər verməsi, xərçəngə səbəb olması barədə dəfələrlə eşitmişik. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, pultlar da mobil telefonlar qədər təhlükəlidir.
Məlumata görə, mobil telefonlar radiasiya yayır və bədənimizdə əks təsirlər göstərir. Ancaq səbəb olduğu xəstəliklərlə bağlı hələ ki, sübut edilmiş fakt yoxdur.
Mütəxəssislər hesab edir ki, televizor, mikrodalğalı soba, soyuducu pultunda da eyni dərəcədə radiasiya var.
Dünyada radiasiya yayan cihazların araşdrılması istiqamətindən işlər davam edir. Amma mütəxəssislər elektron cihazların sağlamlığa vurduğu zərərlər sübut olunmasa belə, ehtiyatlı olmağı məsləhət görür.
Mobil telefonla danışdığınız zaman qulaqcıqdan istifadə edin. Mobil telefonda siqnal qurmusunuzsa, telefonunuz təyyarə moduna qoyun. Mobil telefonları bədəninizdən uzaq tutun. İş yerində uzun müddət kompüter qarşısında vaxt keçirdikdən sonra evə qayıdan zaman televizora baxmayın. Gəzin, kitab oxuyun. İmkan tapdıqca dəniz kənarına və ya meşəyə gedin.