Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bank yeni məzənnələri elan etdi

Abunə olmaq
Bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb

BAKI, 21 sentyabr — Sputnik. Sentyabr ayının 21-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi sentyabrın 20-si ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub. Avro/manat məzənnəsi 2.0024 manata, rubl/manat məzənnəsi 0,0256 manata, türk lirəsi isə 0,2727 manata qalxıb.

Sonuncu dəfə rəsmi olaraq 1 avro 2 manatdan yüksək qiymətə (2.0067 manat) 14.06.2018-ci il tarixində olmuşdu.

Qeyd edək ki, sentyabrın 20-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9852 manata, 1 rubl 0,0255 manata, 1 türk lirəsi isə 0,2716 manata bərabər idi.

Xəbər lenti
0