Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daxili İşlər Nazirliyi Bakıda yaşanan dəhşətlə bağlı məlumat yayıb

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

BAKI, 21 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) ötən gün Bakıda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, sentyabrın 20-də saat 18.00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi "Hyundai" markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub.

Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda dəhşətli qəza: Eyni anda 4 nəfər öldü

"Nəticədə sürücü və sərnişinləri — həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər. Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır" — deyə DİN-in xəbərində qeyd olunur.

Qeyd edək ki, hadisə dünən axşam saatlarında Xətai rayonu ərazisində Nobel prospektində qeydə alınıb. "Hyundai Elantra" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar meyitləri deformasiyaya uğramış avtomobildən çıxarıblar.

Xəbər lenti
0