İki cüdoçumuz arenaya çıxdı, ancaq bəxt üzlərinə gülmədi

© Sputnik / Murad OrujovCüdo üzrə Dünya Çempionatının ikinci günü
Cüdo üzrə Dünya Çempionatının ikinci günü - Sputnik Azərbaycan
Abunə olmaq
Beləliklə, Azərbaycan komandası bugünkü yarışda öz çıxışını dayandırıb

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatının ikinci günüdür. Sputnik Azərbaycan xəbər verir ki, bu gün çempionatda Azərbaycanı iki idmançı təmsil edib. 

Qadınlar arasında Monqolustandan olan qadın idmançımız Buyanxişiq Purevsuren 52 kq, kişilər arasında isə Nicat Şıxəlizadə 66 kq çəki dərəcəsində mübarizə aparıb. Buyankişiq Purevsuren ilk mübarizəsində — 1/32 finalda Böyük Britaniyalı Çelsi Gilzə 80 saniyəyə ipponla uduzub və mübarizəni dayandırıb.

Nicat Şıxəlizadə misirli Məhəmməd Abdelmavquta 38 saniyəyə ipponla qalib gəlib və 1/16 mərhələyə vəsiqə qazanıb. Növbəti mərhələdə Şıxəlizadənin rəqibi braziliyalı Daniel Karqnin olub. Bəxt bu dəfə idmançımızın üzünə gülməyib. Nicat Şıxəlizadə braziliyalı rəqibinə məğlub olaraq yarışı dayandırıb.
Beləliklə Azərbaycan komandası bugünkü yarışda öz çıxışını dayandırıb.

Xəbər lenti
0