CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci sinif şagirdlərinin valideynlərinə xoş xəbər

Abunə olmaq
Bundan sonra I siniflərdə kiçik və böyük summativ qiymətləndirmə olmayacaq

BAKI, 21 sentyabr — Sputnik. “İbtidai siniflərdə dərs yükünün azaldılması ilə bağlı hazırlanan yeni qaydalara əsasən, I siniflərdə nə kiçik summativ qiymətləndirmə (KSQ), nə də böyük summativ qiymətləndirmə (BSQ) nəzərdə tutulmayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsildə innovasiyalar sektorunun müdiri Vidadi Bağırov deyib.

Onun sözlərinə görə, bu addım onların həm yaş xüsusiyyətləri, həm də psixoloji durumları ilə əlaqədar olub: “Bu da o deməkdir ki, hər birinci sinif şagirdi il ərzində 72 summativ qiymətləndirmə yükündən azad olunub. Bundan başqa, ibtidai təhsil səviyyəsində müəyyən dəyişikliklər nəzərdə tutulub. II və III siniflərdə də yalnız kiçik summativ qiymətləndirmə nəzərdə tutulub. Bu siniflərdə böyük summativ qiymətləndirmə olmayacaq. IV sinifdə isə BSQ olacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, böyük summativ qiymətlərinin sayında kifayət qədər azalmalar var: "Yeni yanaşmalarda ümumi təhsil pilləsi hər səviyyənin sonunda bütün fənlərdən BSQ nəzərdə tutulur. Yəni ibtidai təhsilin sonunda, yəni IV sinifdə, daha sonra IX sinifdə və XI sinifdə BSQ keçiriləcək. Hər şagird bir il ərzində 18 böyük summativ qiymətləndirmə yükündən azad olunur. Yeni sənəd təsdiq olunma mərhələsindədir. Əgər təkliflər qüvvəyə minəcəksə, bundan sonra qərarın nə zaman tətbiq olunması məlum olacaq".

Xəbər lenti
0