Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 21 sentyabr — Sputnik. Beyləqan rayonunun Əlinəzərli kənd sakini Adıgözəlov Suliddin Fərman oğluna məxsus 4 otaqlı yaşayış evi yanaraq külə dönüb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə günorta saatlarında baş verdiyindən ailə üzvlərindən xəsarət alan olmayıb. FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə gəlsələr də, yaşayış evini mühafizə eləmək mümkün olmayıb. Yanğınsöndürənlərin gəlişinə qədər ev tamamilə yanıb.
Beyləqan rayon Əlinəzərli kənd İcra nümayəndəsinin müavini Teyyub Dəmirov bildirib ki, hadisənin baş verməsinə elektrik naqillərindəki nasazlıq səbəb olub. Nəticədə qısaqapanmadan yanğın meydana gəlib.
Teyyub Dəmirov onu da əlavə edib ki, iki körpə uşağı olan ailə hazırda qohumlarından birinin evində məskunlaşıb.