Trampdan Rusiyaya qarşı daha bir “dost addım” gəldi

© REUTERS / Carlos BarriaTramp
Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti maliyyə naziri Stiven Mnuçinə qərara əməl edilməsi üçün əlavə səlahiyyətlər verib

BAKI, 20 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qərarı imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, yeni qərar əlavə tədbirləri nəzərdə tutmur, əvvəllər qəbul edilmiş sanksiyalara nəzarəti gücləndirir.

ABŞ prezidenti maliyyə naziri Stiven Mnuçinə qərara əməl edilməsi üçün əlavə səlahiyyətlər verib.

Sənəd mülkiyyət və aktivlərin bloklanmasını, Rusiya hökuməti ilə əlaqəli olan şəxslərlə istənilən maliyyə münasibətlərinin qadağan edilməsini, eləcə də Birləşmiş Ştatlara giriş və viza qadağasının nəzərdə tutur.

Bu zaman konkret şəxslər və təşkilatların adları çəkilmir, hər bir ayrıca halda onları Dövlət Departamenti və Maliyyə Nazirliyi müəyyən edir.

Xəbər lenti
0