Polşadan ABŞ-a "Tramp qalası" xahişi

© REUTERS / Brian SnyderPolşa prezidenti Andjey Duda və ABŞ prezidenti Donald Tramp
Polşa prezidenti Andjey Duda və ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Polşa prezidenti Andjey Duda ABŞ prezidenti Donald Trampdan Polşanın ərazisində Amerika hərbi kontingentinin yerləşdirilməsini istəyib

BAKI, 20 sentyabr — Sputnik. Polşa prezidenti Andjey Duda ABŞ prezidenti Donald Trampdan Polşanın ərazisində Amerika hərbi kontingentinin yerləşdirilməsini istəyib.

Sputnik Türkiyə xəbər verir ki, Polşa prezidenti, qurulacaq hərbi bazanın adını "Tramp qalası" qoyacaqlarını söyləyib.

ABŞ və Polşa prezidentləri Ağ Evdə keçirdikləri görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Duda Polşada qurulacaq bir ABŞ bazasını məmnuniyyətlə qarşılayacaqlarını bildirib: "Bizim ölkəmizdə ABŞ əsgərinin olması çox əhəmiyyətlidir, bu, ABŞ maraqlarına da uyğundur".

Donald Tramp isə Polşa ilə hərbi əlaqələrin gücləndiriləcəyini, lakin, daimi hərbi bazanın qurulması üçün müzakirələrin aparılacağını dilə gətirib.

Tramp bildirib ki, Duda ilə ikitərəfli hərbi münasibətləri gücləndirməyi qərara aldıq. Hərbi, kəşfiyyat, müdafiə, texnologiya və təhsil sahəsində əlaqələri möhkəmləndirəcəyik.

Polşada daimi bir ABŞ bazası yaradılması məsələsində isə hələlik qərarın verilmədiyini vurğulayan Tramp Polşanın bu baza üçün onlara 2 milyard dollar təklif etdiyini qeyd edib.

Tramp Suriyada vurulan Rusiyanın döyüş təyyarəsindən də danışıb. O, bildirib ki, aparılan ilkin araşdırmalara görə Suriya hökuməti rus qırıcısını vurub. Təxminən 14 nəfər ölüb və bu, çox kədərli bir vəziyyətdir.

Xəbər lenti
0