Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tanınmış azərbaycanlı iş adamını qətlə yetirməkdə şübhəli bilinən şəxs ələ keçdi - VİDEO

© Photo : CNN TurkGözəl Dəmirovun həbsi
Gözəl Dəmirovun həbsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Gözəl Dəmirov və sürücüsünün polis idarəsində ifadələri alınır

BAKI, 20 sentyabr — Sputnik. Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovu qətlə yetirməkdə təqsirli bilinən Gözəl Dəmirov və sürücüsü saxlanılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər iki şəxs İstanbulun Beşiktaş rayonunda yaxalanıb.

© Lenta.Chel.Ru / Vyacheslav ShishkoyedovEtimad İsmayılov 2011-ci ildə
Etimad İsmayılov 2011-ci ildə - Sputnik Azərbaycan
Etimad İsmayılov 2011-ci ildə

Xatırladaq ki, dünən gecə İstanbulun Florya rayonunda azərbaycanlı iş adamı Etimad İsmayılov öz ofisində silahlı hücuma məruz qalıb. Başından 2 və ürəyindən 1 güllə ilə yaralanan İsmayılov aparıldığı xəstəxanada vəfat edib.

Polisin məlumatına görə, silahlı hücumu Azərbaycan əsilli Gözəl Dəmirov həyata keçirib. Belə ki, sentyabrın 19-da axşam saat 21:00 radələrində şirkətin ofisində İsmayılovla Dəmirov arasında mübahisə baş verib.

İnşaat və təşkilati işlər sahəsində biznes ortaqları olan İsmayılov və Gözəlov arasında pul haqq-hesabı var imiş. Onlar bu məsələni müzakirə edərkən münaqişə yaranıb. Gözəlov yanındakı silahı ilə İsmayılovu atəşə tutub. Ağır yaralanan İsmayılov təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Etimad İsmayılov 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanın Baş prokuroru və Ədliyyə naziri işləmiş İlyas İsmayılovun oğludur. O, həmçinin tanınmış teleaparıcı Sevil Nuriyevanın həyat yoldaşıdır.

© Photo : Teleqrafİlyas İsmayılov
İlyas İsmayılov - Sputnik Azərbaycan
İlyas İsmayılov

Gözəl Dəmirova gəldikdə isə o, 90-cı illərin əvvəllərində Azərbaycan Daxili İşlər Nazirliyində idarə rəisi olub, istefada olan polkovnikdir. Türkiyədə iri biznesə malikdir. Hazırda Gözəl Dəmirov və sürücüsünün polis idarəsində ifadələri alınır.

Xəbər lenti
0