Dünyanın ən bədbəxt ölkələri açıqlandı, siyahıya...

© AFP 2024 / Yasuyoshi CHIBA Kenya sakinləri, arxiv şəkli
Kenya sakinləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədən sonra Tunis, Yəmən və Əfqanıstan dünyanın ən bədbəxt ölkələri arasında yer alıb.

BAKI, 20 sentyabr — Sputnik. Dünyanın ən bədbəxt ölkələrinin siyahısı açıqlanıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 145 ölkədə 154 min insan arasında aparılan araşdırmaya görə, 2017-ci il insanlar üçün ən pis il olub.

"Ajans Press" in insanların duyğuları üzərində apardığı beynəlxalq araşdırma zamanı xüsusilə sosial şəbələrədə paylaşdıqları fikirlər analiz edilib.

Məlumata görə, Türkiyə 145 ölkə arasından 53 balla dördüncü sırada yer alıb. Türkiyəni bu siyahıda Tunis, Yəmən və Əfqanıstan qabaqlayırlar, yəni Əfqanıstan dünyanın ən bədbəxt ölkəsidir.

İTS medya və Ajans Press mövzu ilə bağlı media xəbərlərini də araşdırıb. Məlum olub ki, insanlar daha çox tıxac, həyatın bahalı olması və işsizlikdən şikayətlənib. Bu mövzularda 120456 xəbər yayımlanıb. Hesabatda 2005-ci ildə bu günə qədər keçən illər müqayisə edilərək, insanların 2017-ci ildə daha çox stress, həyacan, əsəb, fiziki ağrı yaşadıqları məlum olub.

Beləliklə hesabata görə, hər 5 nəfərdən biri keçən il hirsli olduğunu dilə gətirib. İnsanların 23 faizi kədərli, 31 faizi isə fiziki ağrı yaşadığını bildirib.

Dünyanın ən pessimist insanları isə Mərkəzi Afrikada yaşayan insanlardır. Ən xoşbəxt insanlar Latın Amerika ölkələrinin vətəndaşları olub.

Xəbər lenti
0