BAKI, 20 sentyabr — Sputnik. Saat 10.00-a qədər 1233 nəfər qanvermə aksiyasında iştirak edib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
O bildirib ki, qanvermə aksiyası respublika ərazisində saat 7.00-dan başlayıb. Və bu müddət ərzində 554 litr qan toplanıb.
Xatırladaq ki, bu gün Aşura — Məhərrəm ayının 10-cu günüdür. Bununla əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsi Respublika ərazisində qanvermə məntəqələri təşkil edib.