Türkiyə vətəndaşlığı almaq istəyənlərə şad xəbər

© REUTERS / Murad SezerПункт обмена валюты в Стамбуле, 23 мая 2018 года
Пункт обмена валюты в Стамбуле, 23 мая 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Edilən dəyişikliklərdən biri də Türkiyə vətəndaşlığı almaq istəyən əcnəbilərin Türkiyə banklarında olan depozitinin miqdarı ilə bağlıdır

BAKI, 19 sentyabr — Sputnik. Əcnəbilərin Türkiyə Cümhuriyyəti vətəndaşlığına keçməsi ilə bağlı bəzi dəyişikliklər edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə 106 saylı qərar bu gün rəsmi qəzetdə yayımlanıb.

Edilən dəyişikliyə əsasən, əcnəbilərin Türkiyə Cümhuriyyəti vətəndaşlığı ala bilməsi 2 milyondan 500 min dollara düşüb. Yeni dəyişikliyə görə, Türkiyədə daşınmaz əmlak sahibi olanların Türkiyə vətəndaşı olmaq üçün tələb olunan miqdar 1 milyon dollardan 250 min dollara qədər azaldılıb.

Edilən dəyişikliklərdən biri də Türkiyə vətəndaşlığı almaq istəyən əcnəbilərin Türkiyə banklarında olan depozitinin miqdarı ilə bağlıdır. Belə ki, dəyişiklik edilməmişdən öncə bu məbləğ 3 milyon dollar olduğu halda, hazırda bu məbləğ 500 min dollara qədər azaldılıb.

Xəbər lenti
0