BAKI, 19 sentyabr — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.
© AR Ministry of DefenseMüdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə olub
![Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə olub Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə olub - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/41709/34/417093408_0:0:1000:666_600x0_80_0_0_c3fad0f1a1f81d4c41da20cc444c4c75.jpg)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə olub
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına əsasən, müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.
Təlimlər davam edir.