Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə-Rusiya razılaşması Suriyaya nə vəd edir - politoloq şərhi

© Sputnik / Murad OrujovFikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, bu razılaşma müəyyən stabillik yaradaraq dinc əhalinin öldürülməsinin qarşısını alır

Fikrət Sadıxov: “Türkiyə və Rusiyanın razılaşması təhlükələrin qarşısını alacaq”
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşündən sonra mətbuat konfransı keçirilib. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdə Suriya məsələsində razılıq əldə olunduğunu bildiriblər.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, iki ölkə başçısının İdliblə bağlı bir araya gəlməsi çox müsbət haldır: 

“Hər iki tərəf sağlam düşüncəli addımlar atır. Ərazinin hərbsizləşdirilməsi və orada nəzarəti Türkiyə və Rusiyanın etməsi münaqişənin bitməsi demək deyil. Ancaq  bu razılaşma müəyyən stabillik yaradaraq dinc əhalinin öldürülməsinin qarşısını alır. Unutmaq lazım deyil ki, bölgədə həm hökumət, həm də ona qarşı qüvvələr fəaliyyət göstərir. Türkiyə və Rusiyanın razılığa gəlməsi bir sıra təhlükələrin qarşısını alacaq. Düşünürəm ki, bundan sonra  bölgədə müəyyən stabillik yaranacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0