BAKI, 19 sentyabr — Sputnik. Bakının Qaradağ rayonunda yol qəzası baş verib. Avtomobil radar dirəyini vurub aşırıb.
Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, qəza Sahil qəsəbəsi ərazisində baş verib. Yüksək sürətlə hərəkət edən “Hyundai” markalı avtomobil yoldan çıxaraq radar qurğusu quraşdırılan dirəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, dirək kökündən çıxaraq yerə aşıb. Avtomobilin ön hissəsi sıradan çıxıb. Qəza nəticəsində sürücü və sərnişin yüngül xəsarət alıb.
Hadisənin görüntülərini təqdim edirik: