BAKI, 19 sentyabr — Sputnik. Amerikalı basketbolçu Jason Maksil “Mənim həyatımı dəyiş” şousunda müsahibəsi zamanı həyatı ilə bağlı şok açıqlama verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur basketbolçu 341 qadınla sekslə məşğul olduğunu açıqlayıb.
Məlum olub ki, idmançı alkoqolizm və seksologiya xəstəliklərindən əziyyət çəkir. O, məşhur olduğu vaxtı 300-dən çox qadın ilə cinsi əlaqədə olduğunu etiraf edib. Jason Maksil onu da deyib ki, başqa qadınlarla yatdığı zaman Brendi adlı qadınla evli olub.
Müsahibə zamanı o da üzə çıxıb ki, idmançının həyat yoldaşı onun cəmi 8 xəyanəti haqqında xəbəri olub. Amma müsahibə zamanı basketbolçu daha 50 qadının adını çəkib. Bundan sonra həyat yoldaşı verilişi tərk edib və ərinin qadınları barədə artıq heç bir məlumat almaq istəmədiyini deyib.