Ermənistan vətəndaşı muzey direktoruna 12 milyonu necə “atıb”?

© Sputnik / Yevgeny Odinokov / Mediabanka keçidMoskvada polis avtomobili, arxiv şəkli
Moskvada polis avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Saxlanılan şəxs barəsində cinayət işi başladılıb. İstintaq davam edir

BAKI, 19 sentyabr — Sputnik. Ermənistan vətəndaşı yalan yolu ilə yazıçı Aleksandr Soljenitsının ev muzeyinin direktorunun 12 milyon rubl pulunu oğurlayıb. Bu barədə Sputnik Ermənistan "Moskva" saytına istinadən xəbər verir.

Rusiya hüquq mühafizə orqanları əməkdaşları 1984-cü il təvəllüdlü Ermənistan vətəndaşını saxlayıblar.

Məlum olub ki, Ermənistan vətəndaşı dahi rusiyalı dramaturq, siyasi dissident Aleksandr Soljenitsın ev muzeyinin direktorunu almaz mədənlərinə investisiya yatırmağa inandıra bilib. O, 23 aprel 2018-ci ildə Zubovsk bulvarında öz maşınında zərərçəkmişdən 12 milyon rubl pul alıb.

Saxlanılan şəxs barəsində cinayət işi başladılıb. İstintaq davam edir.

Xəbər lenti
0