BAKI, 19 sentyabr — Sputnik. Bir ayağı olmayan qız "Miss İtaliya" gözəllik yarışına qatılıb. Bu yarışda qalib gələ bilməsə də, üç finalçıdan biri olub.
Sputnik Azərbaycan life.ru-ya istinadla xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
On səkkiz yaşlı Kyara Bordi bu müsabiqənin tarixində ilk əlil iştirakçı olub. Qız müsahibələrindən birində deyib ki, sözügedən müsabiqədə iştirakı özü "qəlibləşmiş fikirlər üzərində qələbədir".
Qız bir ayağını 13 yaşı olanda avtomobil qəzasında itirib. O, üç ağır əməliyyat və bezdirici reabilitasiya dövrünü keçməli olub. Lakin ağrılarına qalib gəlməyi bacarıb.
İndi Kyara özünün qeyri-adi protezini aksesuar kimi təqdim edir. O, həmçinin ümid edir ki, onun nümunəsi özünü natamam hiss edən digər gəncləri ruhlandıracaq.