Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"ABŞ-Çin ticarət müharibəsi 20 il davam edə bilər"

© REUTERS / Damir SagoljABŞ və Çin bayraqları
ABŞ və Çin bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Çinli milyarder: "Bizim yeni ticarət qaydalarına ehtiyacımız var, Dünya Ticarət Təşkilatının yenilənməsi lazımdır"

BAKI, 19 sentyabr — Sputnik. Çinli milyarder və "Alibaba" adlı e-ticarət saytının qurucusu olan Jack Ma ABŞ və Çin arasında ticarət müharibəsinin daha 20 il davam edə biləcəyini söyləyib.

Sputnik Türkiyə xəbər verir ki, Ma, ticarət müharibəsində hər iki tərəfin də itirəcəyini deyib.

O, ticarətdə yaranan gərginliyin yerli və xarici şirkətlərə təsir edəcəyini, yeni uzun müddətli qaydalara ehtiyacın olduğunu vurğulayıb.

Ma, Çin müəssisələrinin ABŞ-ın gömrük vergilərini aşmaq üçün orta müddətdə istehsalını digər ölkələrə daşımaq məcburiyyətində qalacağını qeyd edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampdan sonra yeni seçilən prezident də bunu davam etdirəcək: "Bizim yeni ticarət qaydalarına ehtiyacımız var, Dünya Ticarət Təşkilatının yenilənməsi lazımdır".

Xəbər lenti
0