İlham Əliyev daha bir rayona səfərə gedib

© Official website of President of Azerbaijan RepublicZəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident daha sonra Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirak edib

BAKI, 18 oktyabr — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 18-də masallı səfərinin ardınca Biləsuvar rayonuna səfər edib. Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib

Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında aparılan abadlıq işləri və rayonda icra olunan layihələr barədə Prezident İlham Əliyevə məlumat verib. Prezident daha sonra Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. Bildirib ki, 20 mindən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun uzunluğu 15,4 kilometrdir.

© Official website of President of Azerbaijan RepublicZəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib - Sputnik Azərbaycan
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib

Üçüncü və dördüncü texniki dərəcəyə uyğun tikilən yol iki hərəkət zolaqlıdır. Yolun inşası zamanı 26,1 min kubmetr torpaq işləri görülüb, 11,6 min kubmetr tikinti materialından və asfalt-beton örtüyündən istifadə edilib. Yol boyunca nişanlar və göstərici lövhələr quraşdırılıb.

Qeyd edək ki, dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncama əsasən tikilən avtomobil yolu dörd yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonra prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

Prezident Biləsuvarda Bayraq Muzeyinin açılışında da iştirak edib.
Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

İlham Əliyev daha sonra Biləsuvar Gənclər Evinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Gənclər Evinin rəmzi açılışını bildirən lenti kəsib.

İnşasına ötən il başlanılan və bu ilin mayında başa çatdırılan Biləsuvar Gənclər Evinin binası iki mərtəbəlidir. Ümumi sahəsi 1200 kvadratmetr olan bina öz funksionallığı ilə seçilir. Belə ki, burada müxtəlif tədbirlərin keçirilməsi üçün 256 yerlik akt və konfrans zalları yaradılıb. Rəqs zalının, internet kafenin, fotostudiyanın, vətənpərvərlik klubunun, istedadların hazırlığı laboratoriyasının yerləşdiyi Gənclər Evində şahmat, rəsm, dizayn dərnəkləri, xarici dil və danışıq klubu fəaliyyət göstərəcək.

Xəbər lenti
0