CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəlinin valideynlərinin gətirdikləri hədiyyə ailəsini dağıtdı

CC0 / robsonmelo / FoodKartof və soğan
Kartof və soğan - Sputnik Azərbaycan
Abunə olmaq
Hətta oğlanın ailəsi bu sözlərlə kifayətləndirməyib, aldıqları hədiyyəni qapıya qoyublar.

BAKI, 18 sentyabr — Sputnik. İstanbulda qəribə hadisə baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, İ.K və E.K cütlüyünun evliliyi cəmi 15 gün çəkib. İddia olunur ki, onların boşanmalarına səbəb qızın ailəsinin bəy evinə gedən zaman aldıqları hədiyyə olub. Belə ki, gəlinin valideynləri qonaq gələn zaman hədiyyə olaraq kartof və soğan alıblar. Bunu görən bəyin ailəsi qonaqların hədiyyəsinə sərt münasibət bildirib. "Bizim ailəni siz yeməklə təmin edirsiniz ki, bu gün də bizə kartof, soğan gətirmisiz?!" — deyə bəyin ailəsi reaksiya verib.

Oğlanın ailəsi bu sözlərlə kifayətləndirməyib alınan hədiyyəni qapıya qoyub.

Gəlin vəziyyətin sakitləşməsi üçün atası evinə gedib. Yenidən ər evinə qayıdanda isə qapının üzünə açılmadığını görüb. Ona "Ailə bitdi, atanın evinə dön" deyiblər.

Gəlin bəyi məhkəməyə verib. 4 il davam edən məhkəmənin nəticəsi məlum olub. Bəy gəlinə vurduğu maddi ziyana görə 5 min lirə (1300 manat), mənəvi ziyana görə isə 10 min lirə (2600 manat) ödəməli olacaq.

Xəbər lenti
0