Ölkə əhalisinə xəbərdarlıq olunur

© Sputnik / Irade JELILXırdalandakı "Məktəb yolu" adlanan ərazidə yağışın fəsadları
Xırdalandakı Məktəb yolu adlanan ərazidə yağışın fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabrın 19-da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, yağışın leysan xarakterli olacağı gözlənilir

BAKI, 18 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.

Hindistanın şimalında Kerala əyalətində leysan yağışların nəticəsində kənd su altında qalıb - Sputnik Azərbaycan
HADİSƏ
Leysan yağışları bəzi kəndləri məhv etdi

Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə: Sentyabrın 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti
0