CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ailələrdə problemlərin yaranmasında sosial şəbəkələrin rolu nədən ibarətdir - ANONS

CC0 / pixel2013 / ManKişi və qadın
Kişi və qadın - Sputnik Azərbaycan
Abunə olmaq
Virtual həyat real həyata təsir edir və bəzən düzəlməsi mümkün olmayan nəticələrə gətirib çıxarır

BAKI, 18 sentyabr — Sputnik. Bu gün sosial şəbəkələrin müasir ailələrə təsirinin mənfi nəticələri ilə tez-tez üzləşmək mümkündür. Çox vaxt ailələrdə nifaqın yaranmasında və ya ondan daha da pisi — ailələrin dağılmasında sosial şəbəkələrin rolu həddindən artıq şişirdilir. Virtual həyat real həyata təsir edir və bəzən düzəlməsi mümkün olmayan nəticələrə gətirib çıxarır.

Bu problem Azərbaycandan da yan keçmir. Sosial şəbəkələrin həyatımıza neqativ təsirləri və virtual təhlükələrə qarşı necə effektiv müdafiə olunmağın yolları 24 sentyabr saat 14:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində müzakirə ediləcək.

İştirak edəcəklər:

— Ailə, qadın və uşaq problemləri üzrə ekspert Bəsti Nəsibova,

— Tanınmış yazar İlqar Rəsul,

— "Etnoqlobus" Mərkəzinin rəhbəri Gülnarə İnanc,

— Tanınmış jurnalistlər, psixoloqlar və ictimai xadimlər.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85,

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Xəbər lenti
0