ELM

Müəllim və direktorlar üçün yeni müsabiqə elan olunub

© AR Ministry of EducationTəhsil nazirliyi
Təhsil nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Qənaətbəxş nəticə göstərmiş şəxslər vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar

BAKI, 17 sentyabr — Sputnik. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir. Təhsil Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimlər yalnız Təhsil Nazirliyinin birbaşa tabeliyindəki (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini və müəllimlərini əhatə edəcək.

Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təhsil nazir müəllim və tələbələrə müraciət etdi

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, təhsildə statistika və təhlil, təhsildə maliyyənin idarəolunması və digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər.

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekunda qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

Qeyd edək ki, direktor, direktor müavinləri və müəllimlər üçün təlimlərin keçirilməsinə dair elan nazirliyin rəsmi saytında yerləşdirilib.

Xəbər lenti
0