Hərbçilər Müdafiə nazirinə hesabat verdilər

© AR Ministry of DefenseMüdafiə naziri təlimlər keçirilən bölgədədir
Müdafiə naziri təlimlər keçirilən bölgədədir - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən təlimlərə rəhbərlik etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlər keçirilən bölgəyə gedib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

General-polkovnik Z.Həsənov müxtəlif poliqonlar və təlim sahələrində keçirilən təlimin ssenarisinə uyğun olaraq qarşıya qoyulan məqsəd və vəzifələr barədə məruzələri dinləyib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə və təlim iştirakçılarına bir daha çatdıran Müdafiə naziri genişmiqyaslı əməliyyat-taktiki təlimlərin təşkili və keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Xəbər lenti
0