Elmar Məmmədyarov Çində işgüzar səfərdədir

© Sputnik / Murad OrujovМинистр иностранных дел Азербайджана Эльмар Мамедъяров в ходе совместного брифинга с турецким коллегой Мевлютом Чавушоглу
Министр иностранных дел Азербайджана Эльмар Мамедъяров в ходе совместного брифинга с турецким коллегой Мевлютом Чавушоглу - Sputnik Azərbaycan
Abunə olmaq
Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Davos Dünya İqtisadi Forumunun 18-20 sentyabr 2018-ci il tarixində Çin Xalq Respublikasının Tianjin şəhərində keçiriləcək illik toplantısında iştirak etmək üçün Çində işgüzar səfərdədir.

Bu barədə Sputnik Azərbaycan-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir Elmar Məmmədyarov "Avrasiyada inklusiv rəqəmsal inkişaf" adlı paneldə çıxış edərək inklusiv və davamlı inkişaf baxımdan ölkəmizin əldə etdiyi nailiyyətləri və təcrübəsi barədə danışacaq.

Səfər əsnasında, həmçinin nazir Elmar Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Xəbər lenti
0