CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçmiş jurnalisti direktoru şantaj eləməkdə ittiham etdilər

© Sputnik / Murad OrujovМужчина прячет деньги в ящик комода, фото из архива
Мужчина прячет деньги  в ящик комода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəb direktoru: "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi məndən borca 500 manat istədi"

BAKI, 17 sentyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Amerikapress.com" saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zəminə Əsədova ifadə verib.

Hakim deyib ki, Z.Əsədova müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə dəvət edilib.

O bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunda baş məsləhətçi vəzifəsində çalışır. Z.Əsədova dindirilən zaman təqsirləndirilən şəxsi tanımadığını deyib: "Mən Rauf Sultanovun 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almasından xəbərsizəm. İlk dəfə bu barədə mart ayında mətbuatda oxudum. Həmin zaman mənim adımın orada qeyd edildiyini gördüm. Buna görə çox təəssüfləndim". 

Safiyə İnci - Sputnik Azərbaycan
Atatürkü təhqir edən qız məhkəmədə də bu əməlini davam etdirib

R.Sultanov söyləyib ki, N.Məmmədova haqqında mətbuatda məlumatları Z.Əsədova sifariş verib: "Bu iki şəxs arasında prinsip var. Mənə bir xanım zəng edib özünü Zəminə xanım kimi təqdim etdi. O, 187 saylı orta məktəbdə korrupsiya hallarının baş verdiyini bildirdi. Zəminə xanımın üzünü görməmişəm, amma səsini hazırda oxşadıram. Əminəm ki, mənə zəng edən qadın bu xanım — Zəminə Əsədova idi".

Z.Əsədova təqsirləndirilən şəxsin dediklərini təkzib edib.

N.Məmmədova arayış verən zaman vurğulayıb ki, Z.Əsədova ona zəng edib 500 manat borc pul istəyib: "Mən də məktəbdə olmadığımı dedim. Zəminə xanım isə mənə "utanmırsan məktəbdə ola-ola yalan danışırsan" söylədi. Buna görə çox utandım. Səhəri günü isə jurnalistlər mənə zəng edib hədələməyə başladı".

Z.Əsədova isə N.Məmmədovanın sözlərini təsdiqləməyib.

İttiham aktına əsasən, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində R.Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb. 

Könül Kərimova - Sputnik Azərbaycan
HADİSƏ
Müğənni Könül Kərimova məhkəməyə çağırıldı

O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.

Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb. Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.

Qeyd edək ki, Zəminə Əsədova keçmiş jurnalistdir. 90-cı illərin sonlarında "Yeni Müsavat" qəzetinqə Zəminə Əliqızı imzası ilə yazıb. 1999-2000-ci illərdə "Teleskop" qəzetinin baş redaktoru olub.

Xəbər lenti
0