İdlib sakinləri səksəkədə

© REUTERS / Ammar Abdullahİdlib
İdlib - Sputnik Azərbaycan
Abunə olmaq
Hava hücumları başalayandan sonra bütün İdlib sakinləri evlərinin altını sığınacağa çevirib

BAKI, 17 sentyabr — Sputnik. İdlibdə vətəndaşlar hava hücumlarından qorunmaq üçün yerin altında sığınacaqlarda gizlənir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təyyarə səsi gələn kimi bütün İdlib sakinləri evlərinin altında qazdıqları sığınacaqlara qaçırlar.

Məlumata görə, Suriya rejimi Dera şəhərini ələ keçirdikdən sonra İdlibi ələ keçirməyi düşünür. Və rejim Rusiyanın dəstəyi ilə İdlibə hava hücumları edir. 4 milyon insanın yaşadığı şəhərdə sakinlər ölüm qalım mübarizəsi aparır. Rusiya və Suriya təyyarələrinin bombaladığı İdlibdə rejim qüvvələri yenidən həmin bölgələri atəşə tutub.

Qeyd edək ki, artıq bir neçə gündür hava hücumları davam edir.

Hava hücumları başlayandan sonra bütün İdlib sakinləri evlərinin altını sığınacağa çeviriblər.

Xəbər lenti
0