Siqareti tərgitmək istədi, canından oldu

© AFP 2024 / DAVID EBENERЗажженная сигарета в руке, фото из архива
Зажженная сигарета в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb

BAKI, 17 sentyabr — Sputnik. Diyarbəkirdə fabriklərdən birində işləyən Murad Duman adlı gənc 7 ildir istifadə etdiyi siqareti tərgitmək istəyib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna görə dostları gəncə xüsusi məhlul veriblər. O, məhlulu içib, qalanını isə şkafa qoyub. Daha sonra hamam otağına daxil olub. Bacısı və qardaşı Muradın vanna otağından gec çıxdığını görüblər və hamama daxil olublar.

© Photo : SozcuMurad Duman
Murad Duman - Sputnik Azərbaycan
Murad Duman

Hamama daxil olarkən onlar qardaşlarının vəziyyətinin  ağır olduğunu görüblər. İlkin tibbi yardım göstərilsə də, Muradın həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti
0