Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İcra nümayəndəsi piyadanı vurub öldürdü

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib

BAKI, 17 sentyabr — Sputnik. Bu gün günorta saatlarında Sabirabad rayonunun Zəngənə kəndindən keçən avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan virtualaz.org-a istinadla xəbər verir ki, rayonun Yolçubəyli kəndinin icra nümayəndəsi — 62 yaşlı Sadəli Məhyəddin oğlu Şahlarov idarə etdiyi "Mercedes 190" markalı 90 FP 497 dövlət nömrə nişanlı minik maşını ilə Zəngənə kəndinin 45 yaşlı Hakim Ələddin oğlu Məhərrəmovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0