BAKI, 17 sentyabr — Sputnik. Avstraliyalı mütəxəssislər hazırlanmasında sapfirdən istifadə edilmiş cihaz təqdim ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, qurğunun işlənib hazırlanmasına 20 il vaxt sərf olunub.
"Sapphire Clock" adlı unikal saatın əsasını kriogen sapfirdən hazırlanmış ossilyator təşkil edir. O, praktiki olaraq sıfırdan —267 selsi dərəcəyədək soyudan 1200 karatlıq sapfir kristaldan hazırlanıb.
Yeni saat istənilən kommersiya analoqundan min dəfə daha dəqiq işləyir. Cihaz saniyədə 10 milyard dəfə sürətlə tıqqıldayır. Sapfir saatın işləmə müddəti əlavə sazlamalar olmadan 40 milyon ilə bərabərdir.