Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 15 sentyabr — Sputnik. Muzey işçiləri Bilik Gününə qatıldılar
Bərdə Rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları Bilik günündə bir sıra məktəblərə gedərək, tədbirlərə qatılıblar.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, muzey əməkdaşları "Tariximizi qoruyaq və gələcək nəsillərə ötürək" kampaniyası haqqında ictimaiyyəti məlumtlandırıb, məqsədlərini izah ediblər. Onlar valideyn və uşaqlardan muzeyin fondunu zənginləşdirmək üçün lazım olan köməkliyin göstərilməsini xahiş ediblər.
Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyinin direktor əvəzi Mehriban Əliyeva 5 saylı Bərdə şəhər tam orta məktəbində, muzeyin fond müdiri Nərmin İsmayılova 3 saylı tam orta məktəbdə, Muzeyin elmi işçisi Turanə Məmmədova şəhər 6 saylı tam orta məktəbində olaraq tədbirlərdə çıxış edib, Bərdə sakinlərini "Tariximizi qoruyaq və gələcək nəsillərə ötürək" kampaniyasına qoşulmağa çağırıblar.