BAKI, 15 sentyabr — Sputnik. ABŞ-da son 20 ilin ən güclü fırtınası baş verir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bir müddətdir ki, haqqında xəbərdarlıq edilən Florence fırtınası ölkənin şərq hissəsində olan Şimali Karolinanı tüğyan edir. Sürəti saatda 250 kilometr olan fırtına okean sularını sürətlə ətrafa yayır.
Ölkədə fövqəladə vəziyyət elan edilib. Karolina sahillərində yaşayn əhalinin çox hissəsi təxliyə edilsə də, hələ də ərazidə insanların olduğu bildirilir.
Qeyd edək ki, ölkə prezidenti bir müddət əvvəl Florence qasırğası haqqında xəbərdarlıq etmiş və fırtına bölgəsi olaraq elan edilən ərazilərdən uzaq durmağı tövsiyyə etmişdi.