Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Səfər Mehdiyev gömrük orqanlarında aparılan islahatlardan danışır

Abunə olmaq
Dövlət Gömrük Komitəsinin sədri deyir ki, aparılan islahatlar nəticəsində bir-birinin funksiyalarını təkrar edən idarə və şöbələr birləşdirilib

Səfər Mehdiyev: “Struktur dəyişiklikləri kadr çatışmazlığını ortadan qaldırır”
“Dövlət Gömrük Komitəsinin (DGK) indiyə qədər fəaliyyət göstərdiyi struktur ötən əsrin 90-cı illərindən qalmışdı”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

“Komitənin idarə və şöbələri arasında bir-birinin funksiyalarını təkrar edənlər həddindən artıq çox idi. Bunu nəzərə alaraq onların bəziləri birləşdirilib. Son aylar aparılan struktur islahatları gömrük işinin keyfiyyətinin artmasına səbəb olub. Eyni zamanda struktur dəyişiklikləri kadr çatışmazlığı məsələlərini ortadan qaldırır. Bunun nəticəsi olaraq bu yay ərzində elektron xidmətlər və daxili imkanlar hesabına sərhəd keçid məntəqələrində nisbi sıxlıq qaydasına düşdü” — deyə komitə sədri bildirib.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0