CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni TV-nin təsisçisi: "Hədəfimiz Şuşadan canlı yayım etməkdir"

© Sputnik / Anar MustafayevПульт дистанционного управления телевизором, фото из архива
Пульт дистанционного управления телевизором, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qarabağ TV-nin təsisçisi: "Düşmənimizin özünü güclü saydığı zamanlar sona çatıb"

BAKI, 14 sentyabr — Sputnik. Yeni fəaliyyətə başlayan Qarabağ TV əsas hədəflərinə çatmaq, Azərbaycan həqiqətlərini və Qarabağın erməni işğalında olması faktını dünya mediasının diqqətinə çatdırmaq istiqamətində növbəti addımını atıb.

Dövlət başçısı İlham Əliyevin "ən yaxşı müdafiə hücumdur" taktikasına istinad edən TV virtual dünyada erməni informasiya müharibəsini neytrallaşdırmağı və daha çox xarici jurnalistlərin TV-nin nümayəndəsi olmasına zəmin yaratmağı qarşısına məqsəd qoyub.

Qarabağ TV-nin təsisçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin Sputnik Azərbaycan-a verdiyi məlumat görə, hazırda Cənubi Amerikada fəal iş qurublar. Ekvador Respublikasında politoloq Vladimir Perez, Venesuela Bolivar Respublikasında Guillermo Miguelena və Kolumbiya Respublikasında jurnaist və iş adamı Omar Salcedo rəsmən Qarabağ TV-nin nümayəndəsi olaraq fəaliyyətə başlayıblar. Avropa və Amerika Birləşmiş Ştatlarında, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası və yaxın şərq ölkələrində də nümayəndəlik açmaq barədə danışıqlar aparılır.

"10 gün içərisində Amerikanın 2, Avropanın 3, Rusiyanın 4 və Ukraynanın 4 xəbər saytlarında Qarabağ həqiqətləri, Azərbaycana qarşı erməni təcavüzü, Xocalı soyqırımı, BMT-nin Ermənistan tərəfdən icra olunmayan qətnamələri və digər mövzulara dair məqalələrimiz dərc edilib. 30 il ərzində Ermənistanın Azərbaycana işğalçı siyasəti nəticəsində doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş 1 milyondan çox insanın səsini, Qarabağın işğal altında olmasını, müharibənin iqtisadiyyatımızla yanaşı, milli-mədəni abidələrinə vurduğu ziyanlar, Qarabağ mədəniyyəti, Qarabağ tarixi barədə dünyaya əsl həqiqətləri göstərmək üçün Qarabağ TV- verlişlər və araşdırma yazıları http://www.karabakh-tv.org/ saytı vasitəsilə 13 dildə dünyaya yaymaqda davam edir" – deyən Zaur Əliyev onu da bildirib ki, Azərbaycan diasporunun da Qarabağ TV-yə böyük mənəvi dəstəyi var.

Almaniya, Amerika, İsveç, Danimarka, Rusiya, Türkiyə, İsrail, Fransa və digər ölkələrdə yaşayan azərbaycanlılar Qarabağ TV-nin könülülləri olaraq fəal işləyirlər.

"Biz Qarabağ TV olaraq informasiya lobbisi sistemini qurmuşuq və yaxın gələcəkdə artıq bizim dünyanın əksər ölkələrində xarici jurnalistlərdən ibarət lobbimiz yaranacaq. Bu gün google və digər axtarış sistemlərində, facebook, Twitter və digər şəbəkələrdə Qarabağ TV-nin məlumatları, paylaşımları əl çatan səviyyədədir. KarabakhTV haştağı ilə daha çox insanın Qarabağ barədə məlumat əldə etməsinə nail olmaqdayıq" – deyə təsisçi bildirib.

"Düşmənimizin özünü güclü saydığı zamanlar sona çatıb" – deyən Əliyev onu da qeyd edib ki, hazırda Qarabağ TV və komandası, ətrafında olan dostları və diasporumuz vasitəsilə ermənilərin informasiya müharibəsi neytrallaşmaq üzrədir.

"Biz dayanmaq niyyətində deyilik və hədəfimiz Şuşadan canlı yayım etmək və qələbə xəbərini dünyaya yaymaqdır" – TV-nin təsisçisi əlavə edib.

Xəbər lenti
0