CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir Bakı məktəblərindəki şagird sıxlığı məsələsinə aydınlıq gətirdi

© Photo : Təhsil Nazirliyinin mətbuat xidmətiAzərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov
Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil naziri Ceyhun Bayramov deyir ki, Bakı şəhərində fəaliyyət göstərən məktəblərin 15 faizə qədərin də sıxlıq müşahidə edilir

Ceyhun Bayramov: “Bir növbəli fəaliyyətə keçən məktəblərin sayı artacaq”
“Bakı şəhərinin bütün məktəblərində sıxlıq mövcud deyil”. Sputnik Azərbaycan xəbər verir ki, bun təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.

O bildirib ki, ancaq bir sıra məktəblərdə sıxlıq mövcuddur: “Bizim birinci siniflərə elektron qeydiyyat sistemi vasitəsilə bunu izləyə bilirik. Bakı şəhərində fəaliyyət göstərən məktəblərin 15 faizə qədərin də sıxlıq müşahidə edilir. Ona görə də süni sıxlığın yaranmaması üçün qeydiyyat prosesi həyata keçirilərkən ərazi prinsipinə mütlqə üstünlük verilir. Elə məktəblər var ki, onlarda sıxlıq olmadığı üçün bir növbəli, bəziləri isə iki və üç növbəli fəaliyyət göstərir. Bu kimi məsələlərin həlli üçün dövlət investisiya proqramları çərçivəsində yeni məktəblərin tikintisi həyata keçirilir. Düşünürük ki, son illərdə bu istiqamətdə xeyli yaxşılaşma var. Növbəti illərdən bir növbəli fəaliyyətə keçən məktəblərin sayı artacaq”.

Nazirin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0