BAKI, 14 sentyabr — Sputnik. Türkiyədə Kastomonu kəndində gözlənilmədən yağan dolu kəndlilərin həyatını cəhənnəmə çevirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kastamonu kəndində yağan yağış qəfil doluya çevrilib.
Qoz ölçüsü boyda olan dolu avtomobillərin pəncərələrini qırıb və evlərin damlarına ciddi ziyan dəyib. Ümumilikdə 370 avtomobil, 90 ev zərər görüb. Eyni zamanda elektrik və internet xətləri sıradan çıxıb. Bir sözlə, kənddə həyat iflic olub.