BAKI, 14 sentyabr — Sputnik. ABŞ-ın Kanzas ştatında 10 yaşlı uşaq möcüzəvi şəkildə sağ qalıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xavyer Kanningem keçən həftə sonu Harrisonvayldakı evlərinin bağçasındakı ağacdan hazırlanmış evdə oynadığı zaman yabanı arıların hücumuna məruz qalıb.
© Photo : Medical News Network via APBaşına şiş batmış uşağın rentgen şəkli
Başına şiş batmış uşağın rentgen şəkli
© Photo : Medical News Network via AP
Panikaya düşən uşaq ağacdan düşərkən yerdə olan şiş başına saplanıb. Şiş üzündən girib, damarlara zərər vurmadan boyununun ardından çıxıb.
Uşağı anası həkimə aparıb. Dərhal neyrocərrah tərəfindən əməliyyat olunub və nəticədə həyatı xilas edilib. Həkim uşağın sağ qalmasının milyonda bir rastlanacaq möcüzəvi hadisə olduğunu deyib.