Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyəyə iş dalınca getmişdi, lakin əcəlini tapdı

CC0 / charlemagne / knifeУдар ножом в сердце, фото из архива
Удар ножом в сердце, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Üç yüz lirəyə görə Azərbaycan vətəndaşını öldürən şəxs məhkəmə qarşısına çıxıb

BAKI, 14 sentyabr — Sputnik. Bursada 300 lirəyə görə işçisini öldürən şəxs məhkəməyə çıxarılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə iyul ayında baş verib. 

Удар ножом, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda iki qətl törədildi: biri öz kürəkənini, digəri isə yaşlı qonşusunu öldürdü

Azərbaycandan Türkiyəyə gələn 27 yaşlı Süleyman Nüferov türkiyəli Süleyman Qabizin yanında tikintidə işləməyə başlayıb. Azərbaycanlı işçi bir müddət işlədikdən sonra pulunu ala bilmədiyi üçün işdən çıxıb. Bir müddət sonra keçmiş müdirindən pulunu ala bilməyən Nüferov haqqını almaq üçün onun iş yerinə gedib. Bu vaxt işçi və müdir arasında mübahisə başlayıb. Mübahisə zamanı Qabiz Nüferovu bıçaqlayıb.

Nüferov xəstəxanaya aparılsa da orada dünyasını dəyişib. Hadisədən sonra Süleyman Qabiz həbs edilib.

Qabiz məhkəmə prosesində deyib ki, Nüferova pul borclu olub. Ancaq mübahisə zamanı onu bıçaqla vurduğunu xatırlamadığını qeyd edib: "Süleymanla mübahisə edəndə digər işçilər də ona qoşulub söyməyə başladılar. Mən də dedim ki, ancaq Süleyman danışa bilər. Bıçağı çəkdiyimi xatırlayıram, amma vurmağım yadıma gəlmir. Bıçaqla vurduqdan sonra Süleyman və dostları uzaqlaşdı. Bir az sonra inşaat işçilərindən biri yaxınlaşıb dedi ki, Süleyman yolda yıxılıb. Mən də avtomobil tapıb xəstəxanaya çatdırdım və orada öldü. Mən onu öldürmək istəməmişdim".

Qabiz, həmçinin qeyd edib ki, Süleyman Nüferov gəldiyi zaman onun üstündə pul olub, amma özü bilə-bilə işçiyə borcunu verməyib.

Məhkəmə prosesi davam edəcək.

Xəbər lenti
0