Azərbaycan Ordusu hərəkətə keçdi: 20 mindən artıq əsgər, 200-dən çox tank, 120 raket...

© AR Ministry of DefenseRaket və artilleriya birləşmələri döyüş atışlı taktiki təlimlər keçirib
Raket və artilleriya birləşmələri döyüş atışlı taktiki təlimlər keçirib - Sputnik Azərbaycan
Abunə olmaq
Təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika cəlb olunacaq

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən 22-dək Azərbaycan ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq. 

Azərbaycan ordusu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan dünyanın ən güclü ordularının reytinqində

Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.

Təlimlərdə həmçinin son illər ərzində Azərbaycan ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanılacaq.

Xəbər lenti
0