Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Beynəlxalq simpoziumun iştirakçıları şəhidlərin xatirəsini yad ediblər

Abunə olmaq
Simpoziumun təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzidir

Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında" sərəncamlarına uyğun olaraq, sentyabrın 13-də Bakıda "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti — Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzusunda beynəlxalq simpozium işə başlayıb.

Simpoziumun təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzidir.

Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Bakıdakı Türk şəhidliyini ziyarət ediblər. Simpozium iştirakçıları daha sonra AMEA-nın dairəvi zalında təşkil olunan Tarix İnstitutunun elmi nəşrlərinin sərgisi ilə tanış olublar.

Xəbər lenti
0