Bir ildə lotereyadan iki dəfə qazandı və milyonçu oldu

© Sputnik / Anton Denisov / Mediabanka keçidМужчина пересчитывает доллары США, фото из архива
Мужчина пересчитывает доллары США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, apreldə də lotereyadan 1.5 milyon Kanada dolları qazanmışdı və ona ev almışdı

BAKI, 13 sentyabr — Sputnik. Afrikadan köç edərək Kanadada yaşayan 28 yaşlı gəncin həyatı bir anda dəyişib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəncin bəxti iki dəfə üzünə gülüb. Belə ki, o, ard-arda iki dəfə lotereyada udub. Melhiq Melgih qazandığı 3.5 milyon Kanada dolları ilə (4.5 milyon manat) yanacaqdoldurma məntəqəsi və ya avtomobilyuma mərkəzi açmaq arzusunda olduğunu deyib.

© Photo : CNNturkMelhiq Melgih
Melhiq Melgih - Sputnik Azərbaycan
Melhiq Melgih

O, apreldə də lotereyadan 1.5 milyon Kanada dolları qazanmışdı və ona ev almışdı.

Qazandığı pullarla imkanlı şəxsə çevrilən Melhiq Melgih təhsilini davam etdirmək fikrində olduğunu deyib.

Xəbər lenti
0