CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşıllıqlarla bağlı qanuna vacib dəyişiklik edilir

© Sputnik / Irade JELILPaytaxtın Qara Qarayev prospektində ağacları kəsirlər
Paytaxtın Qara Qarayev prospektində ağacları kəsirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Fiziki və hüquqi şəxslər bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə məlumatı bələdiyyədən ala biləcəklər

BAKI, 12 sentyabr — Sputnik. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda ilk olaraq komitənin 2018-ci il yaz sessiyasının yekunlarına dair gördüyü işlərə baxılıb.

Komitə sədri Eldar İbrahimov bildirib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, bu iclaslarda 18 məsələ, o cümlədən 14 qanun layihəsi müzakirə edilib. Hesabat dövründə komitəyə 57 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, 45 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 12 ərizə isə təkrar daxil olduğu və ərizə, şikayət və müraciətlərə dövlət idarə, təşkilat və orqanlarından verilən cavablar olduğu üçün işə alınıb.

Payız sessiyasında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanunda və digər qanunlarda dəyişikliklərə baxılacaq.

İclasda “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişikliyə baxılıb. Həmin qanunun 11-ci (Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları) maddəsinə edilən dəyişikliyə görə, fiziki və hüquqi şəxslər bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə məlumatı bələdiyyədən ala biləcəklər.

Dəyişiklik müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti
0