İqtidar və müxalifət nümayəndələri Avropada yumruqlaşdılar

© Photo : OSCE / Mikhail EvstafievФлаги ОБСЕ
Флаги ОБСЕ - Sputnik Azərbaycan
Abunə olmaq
Tacik siyasətçilər Polşa paytaxtında dalaşıblar

BAKI, 12 sentyabr — Sputnik. Varşavada ATƏT-in insan haqlarına dair müşaviərsində Tacikistan nümayəndə heyətinin üzvləri ilə tacik müxalifətinin təmsilçiləri arasında dava düşüb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, müşavirə keçirilən otelin çıxışında müxalifət nümayəndəsi Sülaymoni Orzu keçmiş müxalifətçi, hazırda isə hökumət nümayəndə heyətinə daxil olan Aemiddin Sattorovla şəkil çəkdirmək istəyib. 

Lakin onun bu arzusu gerçəkləşməyib. Sattorov əvvəlcə Orzuya yumruq, sonra isə təpik vurub. Dalaşanları cəld olaraq otel işçiləri aralaşdırıblar.

ATƏT-dən hazırda hadisənin öyrənildiyini bildiriblər.

Xəbər lenti
0